Bank Of Baku

Avropa Mərkəzi Bankı uçot dərəcəsini endirib

Avropa Mərkəzi Bankı uçot dərəcəsini endirib
# 16 yanvar 2009 08:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 2%-ə endirib. «APA-Economics»in məlumatına görə, bu, Avropada əsas faiz dərəcəsinin 2005-ci ildən sonra ən aşağı səviyyəsidir.
Qeyd edək ki, sonuncu dəfə Avropa Mərkəzi Bankı uçot dərəcəsini dekabrın 4-də 3,25%-dən 2,5%-dək endirib ki, bu da dünya iqtisadi böhranla əlaqədar olaraq, maliyyə sistemində pul-kredit siyasətinin yumşaldılması çərçivəsində aparılıb. Nəticədə, bu azalma kifayət etmədiyinə görə uçot dərəcəsinin yenidən azaldılması zərurəti yaranıb.
Analitiklərin fikrincə, Avropa Mərkəzi Bankı tərəfindən faiz dərəcəsinin yenidən azaldılması ilk növbədə Avrozonada iqtisadiyyatın geriləmə tendensiyalarının möhkəmlənməsi və maliyyə sektorunun bərpa tendensiyalarının ləngiməsi göstəricisidir.
Qeyd edək ki, dünənki azalmaya baxmayaraq, Avropada uçot dərəcəsi digər aparıcı iqtisadiyyatlarla müqayisədə daha yüksəkdir. Belə ki, Böyük Britaniya və Kanadada əsas faiz dərəcəsi 1,5%, ABŞ-da 0,25%, Yaponiyada isə 0,1% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR