Bank Of Baku

Azərbaycanda mikromaliyyə təşkilatlarının dəstəklənməsi mexanizmləri hazırlanacaq

Azərbaycanda mikromaliyyə təşkilatlarının dəstəklənməsi mexanizmləri hazırlanacaq
# 16 yanvar 2009 09:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMMA) «Azərbaycanda mikromaliyyənin təsirinin və mikromaliyyə institutlarının sosial fəaliyyətinin qiymətləndirilməsi Layihəsi» üzrə aparılmış tədqiqatın nəticələrinin təqdimatı keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə AMMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib ki, layihənin icra dövrü ötən ilin yanvar-dekabr aylarını əhatə edib. Layihədə əsas məqsəd respublika üzrə mikromaliyyənin ev təsərrüfatlarına, müştərilərə, biznesə və icmaya təsiri, yeni müştərilərin uzunmüddətli müştərilərlə müqayisəsindən ibarət olub.
J.Hacıyevanın sözlərinə görə, layihə çərçivəsində 8 maliyyə təşkilatı ilə əməkdaşlıq edilib ki, bunun da 2-si bank, qalanı isə qeyri-bank kredit təşkilatları olub.
Layihənin yekunu olaraq, icraçı direktor ümumi tövsiyə və təklifləri bildirib. Təkliflərdə Dövlət Neft Fondundan mikromaliyyələşdirmə üzrə proqramların maliyyələşdirilməsi üçün mexanizmlərin hazırlanması, ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı üçün mikro-kreditlərin verilməsi ilə bağlı güzəşt mexanizminin işlənməsi, həmçinin mikromaliyyə üzrə Davamlı Məlumat Bazasının yaradılması əksini tapıb.
Qeyd edək ki, tədbirdə layihə üzrə tədqiqat meneceri İlkin Nəzərov layihənin bütün komponentləri ilə bağlı geniş təqdimatla çıxış edib. Tədbirin sonunda layihənin nəticələrinə dair müzakirələr aparılıb.
Xatırladaq ki, AMMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü Assosiasiyanın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR