Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası 10 üzvünü qurumdan çıxara bilər

Azərbaycan Kredit İttifaqları Assosiasiyası 10 üzvünü qurumdan çıxara bilər
# 16 yanvar 2009 10:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın günlərdə Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.
E.Bağırovun sözlərinə görə, iclasda 10 kredit ittifaqının qurumun üzvlüyündən çıxarılması və digər cari məsələlər müzakirə ediləcək. Kredit ittifaqlarının üzvlükdən kənarlaşdırılmasının əsas səbəbi qurumun nizamnaməsinə uyğun bu ittifaqlar tərəfindən üzvlük haqlarının ödənilməməsi, eyni zamanda bəzi layihələr üzrə cəlb etdikləri kreditlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. «Ola bilsin ki, iclasda İdarə Heyətinin qərarı ilə bu ittifaqların yarısı üzvlükdən çıxarılmasın. Qurumun üzvlüyündən hansı ittifaqın çıxarılacağı birbaşa İdarə Heyətinin qərarından asılı olacaq», - deyə E.Bağırov bildirib.
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 51-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
Dünyada isə 46 min kredit ittifaqı fəaliyyət göstərir ki, bunların da üzvlərinin ümumi sayı 172 mln. nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR