Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Ötən il Azərbaycanda inflyasiya 15,4% olub

İqtisadi Tədqiqatlar Mərkəzi: Ötən il Azərbaycanda inflyasiya 15,4% olub
# 16 yanvar 2009 10:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin yekunlarına görə Azərbaycanda inflyasiyanın illik səviyyəsi 15,41% təşkil edib. Ərzaq məhsulları üzrə illik inflyasiya 19,05%, qeyri-ərzaq məhsulları üzrə 12,45%, xidmətlər üzrə isə 9,44% təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda alternativ inflyasiyanı hesablayan İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) sədr müavini Vüsal Qasımlı bildirib.
«Bu, Azərbaycan hökumətinin 2008-ci il üzrə proqnozları ilə üst-üstə düşür. Hesablamalar göstərir ki, Azərbaycanda inflyasiyaya ən çox ərzağın qiymətləri təsir göstərir», - deyə V.Qasımlı vurğulayıb.
İTM alternativ inflyasiyanı müəyyənləşdirilməsində 10-dək ekonometrik modeldən istifadə edib. V.Qasımlının sözlərinə görə, 2008-ci ilin noyabr və dekabr aylarında deflyasiya müşahidə olunub.
Dekabrda ən çox qiymət ucuzlaşması çörək, laminat parket, sümüksüz mal əti və kişi üçün yun parçadan kostyumda, bahalaşma isə şirin bibər, ağ balıq, göyərti və elektroduxovkada olub. Bəzi ərzaq məhsullarının bahalaşması mövsümi amillərlə əlaqələndirilir.
İTM-in gəldiyi qənaətə görə, Azərbaycanda xidmət 1% bahalaşanda inflyasiya 0,2%, qeyri-ərzaq məhsulları 1% bahalaşdıqda 0,25%, ərzaq məhsulları 1% bahalaşdıqda isə 0,55% artır. Təşkilatın hesablamalarına görə, hökumət elektrik, qaz, su, neft məhsulları və kommunal ödəniş tariflərini 25% azaldarsa, ümumi inflyasiya 2% düşəcək.
Qeyd edək ki, tədbirdə İTM-in 2008-ci ildə həyata keçirdiyi layihələr barədə də məlumat verilib. İTM-in mətbuat xidmətinin rəhbəri Dünya Camalova bildirib ki, ötən il təşkilat 18 layihə həyata keçirib. İTM üzvləri 60-dan çox bələdiyyədə görüş keçirib, bir sıra hökumət strukturları ilə əməkdaşlıq əlaqələri qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR