Bank Of Baku

«Parex Leasing» şirkəti ötən il Azərbaycanda mənfəətini 60% azaldıb

«Parex Leasing» şirkəti ötən il Azərbaycanda mənfəətini 60% azaldıb
# 16 yanvar 2009 11:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 35,620 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 19% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin məcmu kapitalı 31% artaraq 194,785 min manata, nizamnamə kapitalı isə sabit qalaraq 40,750 min manat təşkil edib.
Bu müddət ərzində şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 35,7% artaraq 25,11 mln. manata, müqavilələrin sayı isə 48,5% artaraq 934-ə çatıb. Ötən il ərzində şirkətin iqtisadiyyata yatırdığı investisiyaların həcmi 35,7% artaraq 25,11 mln. manat, mənfəəti isə 59,6% azalaraq 38,71 min manat olub. Lizinq portfelinin diversifikasiyasına gəldikdə isə, tikinti sahəsinə verilmiş avadanlıqlar portfelin əsas hissəsini təşkil edib.
Xatırladaq ki, «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR