Bank Of Baku

«Bank of Azerbaijan» ötən il məcmu kapitalını 38% artırıb

«Bank of Azerbaijan» ötən il məcmu kapitalını 38% artırıb
# 16 yanvar 2009 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 108,756 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 18,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 19,2% genişlənərək 42,490 mln. manat, kredit portfeli 18,8% artaraq 88,431 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 4% azalaraq 24,075 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 37,7% artaraq 19,914 mln. manata, o cümlədən nizamnamə kapitalı 46,6% artaraq 14,635 mln. manata çatıb.
Qeyd edək ki, 2008-ci il ərzində bankın gəlirləri 22,4% artaraq 17,010 mln. manat, xərcləri isə 71% artaraq 16,485 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 87,7% azalaraq 521 min manat, xalis mənfəəti isə 89% azalaraq 367 min manat olub.
Xatırladaq ki, bu dövr ərzində bank əlavə 2 filial və 10 mübadilə məntəqəsi açıb, həmçinin 3 bankomat və 37 POS-terminal quraşdırıb.
Bundan başqa, bankın işçilərinin sayı 43,2% artaraq 2009-cu ilin yanvarın 1-nə 378 nəfərə, orta aylıq əmək haqqı isə 43% ataraq 874 manata çatıb.
Təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 18 filialı, 32 mübadilə məntəqəsi, 19 bankomatı və 128 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR