Bank Of Baku

«Rosbizneskonsaltinq» müflisləşə bilər

«Rosbizneskonsaltinq» müflisləşə bilər
# 16 yanvar 2009 13:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiyanın ən iri mediaşirkətlərdən olan «Rosbizneskonsaltinq» (RBK) holdinqi kreditorlara ünvanladığı bəyanatında etiraf edib ki, artıq bu ilin fevral ayında müflisləşə bilər. «APA-Economics»in «Kommersant» qəzetinə istinadən verdiyi xəbər əsasən, yanvarın 15-də RBK-nın əsas səhmdarları və kreditorları arasında görüş keçirilib. Holdinqin kreditorları sırasında «Rayffayzenbank», «MDM-Bank», «Absolyut-Bank», «Qazenergoprombank», «Alfa-Bank», «Sitibank», Rus Beynəlxalq Bankı, «Renessans Kapital» şirkətlər qrupu və «Deutsche UFG Capital Management» şirkəti var.
Görüşdə holdinqin sahibləri tərəfindən kreditorlara 235 mln. ABŞ dolları həcmində olan borcunun restrukturizasiya sxemi təqdim olunub. Həmin sxemə əsasən, borcun holdinqin avroistiqrazları (2010-cu və 2012-ci illərdə ödənilməsi şərti ilə) əvəz edilməsi təklif olunur. Həmçinin, bu istiqrazlar holdinqin səhmlərinə konvertasiya edilə bilər. Belə ki, kreditorlara faktiki olaraq səhmlərin 30%-i təklif olunub, lakin onlar holdinqdə 90% paya malik olmaq iddiasındadır. Bu fikir ayrılığı səhmdarlar və kreditorların holdinqin qiymətləndirilməsinə fərqli yanaşmasından irəli gəlir. Belə ki, səhmdarlar RBK-nı 160 mln. dollar, kreditorlar isə yalnız 50 mln. dollar səviyyəsində qiymətləndirir.
Qeyd edək ki, holdinqin borcunun bir hissəsi (45 mln. dollar) 2008-ci ilin dekabrında ödənilməli idi. Növbəti iri ödəniş (100 mln. dollar) cari ilin iyun ayına nəzərdə tutulub. Holdinqin sərəncamında hazırda yalnız 11 mln. dollar sərbəst vəsait var ki, bu da onu müflisləşmədən xilas edə bilməz. Çünki, əgər holdinq və kreditorlar arasında borcun restrukturizaiyası barəsində razılıq əldə edilməzsə, RBK özünü müflis elan edəcək. Hazırda holdinqin səhmdarları ilə kreditorları arasında olan fikir ayrılığını nəzərə alaraq, müşahidəçilərin fikrincə, qurumun müflisləşmə ehtimalı 50%-dir. Tərəflər arasında kompromisin əldə olunması üçün görüşlərin davam etdiriləcəyi gözlənilir.
Qeyd edək ki, son görüşün nəticəsi olaraq RBK-nın səhmləri birjada 9,7% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR