Bank Of Baku

«Turanbank» ötən il aktivlərini 33% artırıb

«Turanbank» ötən il aktivlərini 33% artırıb
# 16 yanvar 2009 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 84,21 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 33,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 68,4% artaraq 30,73 mln. manata, kredit portfeli 36,5% artaraq 66,69 mln. manata, o cümlədən istehlak kreditləri 61% artaraq 8,99 mln. manata çatıb. Bankın məcmu kapitalı 26,7% artaraq 19 mln. manat, o cümlədən nizamnamə kapitalı 23% artaraq 16 mln. manat olub.
Qeyd edək ki, 2008-ci il ərzində bankın gəlirləri 62% artaraq 14,06 mln. manata, xərcləri isə 95,2% artaraq 11,36 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 5,5% azalaraq 2,70 mln. manat, xalis mənfəəti isə 5% azalaraq 2,13 mln. manat təşkil edib. Ötən il ərzində bankda çalışanların sayı 28% artaraq 197 nəfərə, dövlət büdcəsinə ödənilən vergi ödənişlərinin ümumi həcmi isə 4,3% artaraq 929 min manata çatıb.
Bundan başqa, bu dövr ərzində bank əlavə 8 mübadilə məntəqəsi açıb, 1 bankomat və 21 POS-terminal quraşdırıb.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 23 mübadilə məntəqəsi, 9 bankomatı və 73 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR