Bank Of Baku

Azərbaycanda bu il ərzində inflyasiya 16% səviyyəsində proqnozlaşdırılır

Azərbaycanda bu il ərzində inflyasiya 16% səviyyəsində proqnozlaşdırılır
# 17 yanvar 2009 09:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda bu il ərzində inflyasiyanın 16% səviyyəsində olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. E. Rüstəmov deyib ki, hesablamalara görə, bu il inflyasiyanın birrəqəmli səviyyəsinə nail olmaq realdır: «Bu ilə olan inflyasiya təxminən 16 faiz səviyyəsindədir. Bu bizə bu ilin inflyasiya nəticələrinə nikbinliklə baxmağa imkan verir».

E. Rüstəmov, həmçinin, ötən il ərzində milli valyutanın məzənnəsinin aparıcı valyutalara nisbətən sabit qaldığını, manatın dollara nisbətdə dəyərinin 5% çox, avroya nisbətdə isə 9% çox möhkəmləndiyini bildirib: «Bildiyiniz kimi, dünyanın bir sıra aparıcı ölkələrində valyuta məzənnəsində olduqca kəskin dəyişmələr var. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici maliyyə mövqeyi daha da yaxşılaşıb».

E. Rüstəmovun sözlərinə görə, 2007-ci illə müqayisədə, ötən il ölkənin ödəmə balansının profisiti 2 dəfə artaraq, ilkin qiymətləndirməyə görə, 18 mlrd. ABŞ dolları təşkil edib: “Halbuki bir çox qonşu ölkələr ödəmə və xarici ticarət balansının kəskin pisləşməsi və ölkədən əhəmiyyətli kapital axını ilə üzləşib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR