Ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10,763 mlrd. manat təşkil edib
S. Şərifovun sözlərinə görə, o cümlədən büdcəyə Vergilər Nazirliyi tərəfindən 5 694 mln. manat və ya əvvəlki ildən 26,2%, proqnozlardan isə 5,8% artıq vəsait köçürülüb. Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100% əməl edilməklə, dövlət büdcəsinə 1 110 mln. manat vəsait daxil olunub ki, bu da 2007-ci illə müqayisədə 43,8% çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə daxil olmalar isə 3,8 mlrd. manat təşkil edib.
Ötən il dövlət büdcəsinin xərcləri 10 680 mln. manata bərabər olub ki, bu da proqnozların 96,6% təşkil edir. Eyni zamanda büdcə xərcləri 2007-ci ildəkindən 75,5% çox olub: “Beləliklə, ötən ilin dövlət büdcəsi kəsirli olmayıb və profisistin həcmi 83 mln. manat təşkil edib”.
Nazir bildirib ki, ötən il sosialyönümlü tədbirlər üzrə xərclərin maliyyələşdirilməsinə 2 312 mln. manat vəsait sərf edilib ki, bu da 2007-ci illə müqayisədə 38,4% çoxdur. O cümlədən, dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafiə və sosial təminat xərcləri il ərzində 42,2%, səhiyyə xərcləri 34,6%, təhsil xərcləri 35,5%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 47,1% artıb.
S. Şərifovun sözlərinə görə, ümumilikdə dövlət büdcəsi xərclərinin strukturu üzrə 2008-ci ildə 2007-ci ilə nisbətən sənaye və tikinti xərcləri 2,2 dəfə, mənzil və kommunal təsərrüfatı xərcləri 69,5%, müdafiə xərcləri 62,8%, ümumi dövlət xidməti xərcləri 41%, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 23,8%, aqrar və ətraf mühitin mühafizəsi xərcləri 13,9% artıb. Eyni zamanda 2008-ci ildə vacib hesab olunan bir sıra tədbirlərin maliyyələşdirilməsinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 154 mln. manat, dövlət büdcəsində nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsinə isə dövlət büdcəsinin ehtiyat fondundan 115,7 mln. manat vəsait ayrılıb.
Ötən il dövlət investisiya qoyuluşu xərclərinə dövlət büdcəsindən 4 276 mln. manat (2007-ci illə müqayisədə 2,2 dəfə çox), Dövlət Neft Fondundan 453 mln. manat, dövlət zəmanəti ilə alınmış xarici kreditlər hesabına 430 mln. manat vəsait ayrılıb. O cümlədən,
təhsil obyektlərinin tikintisi və təmirinə 214 mln. manat, səhiyyə obyektlərinin tikintisi və təmirinə 204 mln. manat vəsait istifadə olunub. Mədəniyyət və turizm obyektlərinin tikintisi və əsaslı təmirinə, o cümlədən mədəni-tarixi irsimizin qorunub saxlanılmasına, tarixi, dini abidələrin bərpası və yenidən qurulmasına, milli ifaçılıq sənətinin inkişafına 171,6 mln. manat vəsait xərclənilib.
Büdcə xərclərinin əsas yerlərindən birini tutan nəqliyyat infrastrukturuna 1 582 mln. manat vəsait ayrılıb. Maliyyə naziri vurğulayıb ki, bu vəsait hesabına ölkə ərazisində respublika əhəmiyyətli avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin, regionlarda çaylar üzərində körpülərin, yeni və mövcud metro stansiyalarının tikintisi və yenidən qurulması, habelə, yeni gəmi-bərələrin və tankerlərin, dəmir yolu və metro vaqonlarının və ixtisaslaşmış avadanlıqların alışı həyata keçirilib, Lənkəran və Zaqatalada beynəlxalq statusa malik hava limanları istismara verilib.
S. Şərifov onu da əlavə edib ki, 2008-ci ilin sonuna Azərbaycanın daxili və xarici dövlət borcu 2 686 mln. manat səviyyəsində və ya ümumi daxili məhsulun 7,1%-nə bərabər olub.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
9-cu mikrorayonda yaşayış binasında yanğın olub - YENİLƏNİB-1
Ermənistan üçün yol ayrıcı: sülh sazişi, yoxsa revanşizm? - TƏHLİL
Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu düşəcək
Ermənistanda seçki pozuntuları ilə bağlı 29 siqnal daxil olub, 6 nəfər saxlanılıb
XİN: Azov dənizində yük gəmilərinə dron hücumunda yaralananların vəziyyəti yaxşıdır, bəziləri xəstəxanadan buraxılacaq
İstanbulda Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Yuri Uşakov: Rusiya Kiyevlə həm açıq, həm də qapalı təmasları saxlayır
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
Dövlət qulluğuna qəbul imtahanları keçirilir
Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb
Paşinyan: Hazırda nə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq
Sabahın hava proqnozu açıqlanıb
Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var
Ermənistan MSK sədri: İki seçki komissiyasının sədri və bir katibi tutulub
Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
Bəzi yerlərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Rusiyanın Ukraynanın vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 19 nəfər yaralanıb
Ermənistanda parlament seçkiləri keçirilir
Avropa liderləri Londonda Ukrayna ilə bağlı görüşəcək
ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
Türkiyə Venesuelanı məğlub edib
Peruda son 10 ildə doqquzuncu prezident seçiləcək
Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb
AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb
İranın Xarq adası yaxınlığında partlayış olub
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib