Bank Of Baku

Azərbaycan bankları xaricdən cəlb olunan borun 1,5 mlrd. dollarını bu il ərzində qaytaracaq

Azərbaycan bankları xaricdən cəlb olunan borun 1,5 mlrd. dollarını bu il ərzində qaytaracaq
# 17 yanvar 2009 10:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan bankları xaricdən cəlb etdiyi vəsaitlərin 1,5 mlrd. dollarını bu il ərzində geri qaytaracaq. «APA-Economics»in məlumatına görə, bu barədə prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Milli Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E. Rüstəmovun sözlərinə görə, artıq cari ilin yanvarın ilk günlərində 100 mln. dollar qaytarılıb və bununla əlaqədar heç bir problem yaranmayıb: “Azərbaycanın bank sektoru xarici bazarlardan 2,5 mlrd. dollara qədər zəmanətsiz kredit cəlb edib. Bu isə bütövlükdə öhdəliklərin 25%-i səviyyəsində idi və biz bunu həmin səviyyədə sabitləşdirməyə nail olduq. Bir sıra ölkələrdə isə bu göstərici 70%-ə və bəzən ÜDM-in 90-100%-nə çatıb. Bunu nəzərə alaraq, ötən il ərzində Azərbaycan bankları tərəfindən xarici borclanmanın 1 mlrd. dolları qaytarılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR