Bank Of Baku

Ötən il Azərbaycanın dövlət büdcəsindən enerji sahəsinə 312 milyon manat ayrılıb

Ötən il Azərbaycanın dövlət büdcəsindən enerji sahəsinə 312 milyon manat ayrılıb
# 17 yanvar 2009 10:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il Azərbaycanın dövlət büdcəsindən enerji təhlükəsizliyini, regionların elektrik enerjisinə və qaza olan tələbatını təmin etmək məqsədilə 312 mln. manat ayrılıb. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Bu məbləğin 262,8 mln. manatı Səngəçalda gücü 300 MVt olan modul tipli elektrik stansiyasının tikintisinə, 120 mln. manat isə paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına xərclənib. Bundan başqa, regionların qazlaşdırılmasına 82,1 mln. manat vəsait yönəldilib.

S. Şərifov, həmçinin, vurğulayıb ki, 2008-ci ildə meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisi və əsaslı təmirinə 268,2 mln. manat vəsait sərf edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR