Bank Of Baku

Azərbaycanın büdcə təşkilatlarında əmək haqqı ötən il 50% artıb

Azərbaycanın büdcə təşkilatlarında əmək haqqı ötən il 50% artıb
# 17 yanvar 2009 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. 2008-ci ildə elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində, habelə, dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əmək haqları orta hesabla 50% artıb. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov bildirib. Maliyyə naziri Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əmək haqlarının 50%, ali təhsil müəssisələrində çalışanların əmək haqlarının iş stajından və tələbələrin sayından asılı olaraq 50%-dən 2 dəfəyə qədər, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləğinin isə orta hesabla 40% artırıldığını vurğulayıb.

S. Şərifovun sözlərinə, ötən il ölkədə minimum aylıq əmək haqqının, əmək pensiyalarının baza hissəsinin məbləğləri 50% artırılaraq 75 manata çatdırılıb, məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği isə 50% artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR