Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Fərhad Əliyev və Heydər Babayevi kəskin tənqid edib

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Fərhad Əliyev və Heydər Babayevi kəskin tənqid edib
# 17 yanvar 2009 10:24 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, Ş. Mustafayev bildirib ki, həm əvvəllər, həm də son üç ildə nazirliyə rəhbərlik etmiş şəxslərin səriştəsizliyi, işi günün tələbləri səviyyəsində qura bilməmələri, kadr siyasətindəki nöqsanlar və qarşıya qoyulmuş vəzifələrin tam dərk edilməməsi dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, haqsız rəqabətin və inhisarçılığın aradan qaldırılması sahəsində ciddi pozuntulara və cinayət xarakterli əməllərə yol verilməsinə gətirib çıxarıb.

Nazir deyib ki, bütün bunların nəticəsində antiinhisar və istehlak bazarına nəzarət dövlət xidmətlərinin fəaliyyəti ilə bağlı müvafiq orqanlar tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır.

Ş. Mustafayev ötən ay ərzində nazirlik tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin araşdırıldığını, cinayət xarakterli bir sıra faktlar aşkar edilərək, toplanmış materialların Respublika Prokurorluğuna göndərildiyini də diqqətə çatdırıb.

O, İİN-in fəaliyyətində yol verilmiş mənfi halların qısa müddətdə aradan qaldırılacağına söz verib.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi 2001-ci ildə bir neçə dövlət qurumun bazasında yaradılıb. Ş. Mustafayevdən əvvəl Fərhad Əliyev və Heydər Babayev bu postda çalışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR