Bank Of Baku

Azərbaycanda orta aylıq əmək haqqı ötən illə müqayisədə 24,2% artıb

Azərbaycanda orta aylıq əmək haqqı ötən illə müqayisədə 24,2% artıb
# 17 yanvar 2009 11:01 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda bu ildən ehtiyac meyarının həddi 60 manat məbləğində təsdiq edilib. “APA-Economics”in məlumatına görə, Nazirlər Kabinetinin prezidentin sədrliyi ilə keçirilən və 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, hazırda ölkədə orta aylıq əmək haqqı 268 manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 24,2% çoxdur. 2008-ci ildə əhalinin adambaşına düşən gəlirləri ötən illə müqayisədə 36,2% artaraq 2343 manat təşkil edib. Bu dövrdə əhalinin sərəncamında 18 milyard manat və ya ötən ildəkindən 42 faiz çox vəsait qalıb. Ötən il əhalinin adambaşına düşən gəlirləri inflyasiyanın səviyyəsini 15,4% üstələyib. 2008-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 13,2 %-dək enib.

Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın təmin olunması 2009-cu və sonrakı 3 il üçün hazırlanmış sosial-iqtisadi inkişaf konsepsiyasında iqtisadi siyasətin əsas məqsədləri kimi müəyyən edilib. Qlobal iqtisadi böhran şəraitində bu məqsədlərə nail olmaq üçün iqtisadi qurumlar qarşısında makroiqtisadi sabitliyin qorunması, müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması vəzifələri qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR