Bank Of Baku

Azərbaycanda 2008-ci ildə ÜDM-in real həcmi 38 milyard manat olub

Azərbaycanda 2008-ci ildə ÜDM-in real həcmi 38 milyard manat olub
# 17 yanvar 2009 11:51 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda 2008-ci ildə ümumi daxili məhsulun (ÜDM) real həcmi 38 milyard manat olub. «APA-Economics»-in məlumatına görə, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, ÜDM-də özəl sektorun payı 2008-ci ildə 84,5 faiz təşkil edib. İl ərzində ÜDM-in real artımı 10,8 faiz, o cümlədən neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz olub. ÜDM-in adambaşına düşən nominal həcmi 4.440 manat təşkil edib.

İqtisadi yüksəlişin əsas bazası olan sənaye sahəsində 2008-ci ildə istehsal olunmuş məhsulun həcmi 28 milyard manat təşkil etməklə, il ərzində 7 faiz artıb. Neft strategiyasının davam etdirilməsi nəticəsində Azərbaycanın tarixində rekord səviyyədə - kondensat da daxil olmaqla, 44,5 milyon ton neft, 16,3 milyard kub/m qaz hasil edilib. Bu isə ötən illə müqayisədə müvafiq olaraq 4,6 faiz və 50,4 faiz çoxdur.

Ölkə iqtisadiyyatının inkişafına qoyulmuş investisiyaların həcmi 2008-ci ildə 75 faiz təşkil edib. Qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi 2008-ci ildə 69 faizdən artıq olub. 2008-ci ildə dövlət əsaslı vəsait qoyuluşunun ümumi məbləği 4,2 milyard manat təşkil edib. Bu vəsaitlərin 60 faizə qədəri infrastruktur layihələrinə, 20 faizə qədəri isə sosialyönümlü layihələrə yatırılıb. Beynəlxalq maliyyə qurumları ilə nəqliyyat, energetika, su təchizatı, kənd təsərrüfatı, ekologiya, sosial təminat sahələri üzrə ümumi məbləği 1,3 milyard ABŞ dolları olan 8 layihə imzalanıb. Azərbaycanın strateji valyuta ehtiyatları 18 milyard, 2008-ci ilin sonuna olan dövlət borcunun həcmi isə 2,9 milyard dollar təşkil edir.

Qeyri-neft sektorunda ÜDM-in il ərzində real artımı proqnozlaşdırılan 12 faizə qarşı 15,7 faiz olub. Qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin inkişafında həyata keçirilmiş “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasına yönəldilən investisiyaların həcmi 2008-ci ildə 2 milyard manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR