Bank Of Baku

MBASK sığorta şirkəti ötən il daxilolmalarını 23% artırıb

MBASK sığorta şirkəti ötən il daxilolmalarını 23% artırıb
# 19 yanvar 2009 07:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkətinin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcmi 18,551 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin yekun göstəricisinə nisbətən 23% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sığorta haqlarının strukturunda ənənəvi olaraq daha çox daxilolma «Avtomobil nəqliyyatı vasitələrinin sığortası» növü üzrə toplanıb və ötən ilə nisbətən 28% və ya 2,651 mln. manat artıb.
Qeyd edək ki, 2008-ci ildə şirkətin «Bədbəxt hadisələrin sığortası» üzrə mükafatlarının həcmi 4,7 dəfə artaraq 2,229 mln. manat, «Tibbi sığorta» sığorta növü isə 29% artaraq 1,149 mln. manat təşkil edib.
Ödənişlərə gəldikdə isə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 79% artaraq 5,965 mln. manat təşkil edib. Ötən il ərzində şirkətin risklər üzrə ödədiyi ən çox vəsait «Avtomobil nəqliyyatı vasitələrinin sığortası» (4,377 mln. manat), «Bədbəxt hadisələrin sığortası» (1,009 mln. manat) növləri üzrə həyata keçirilib.
Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR