Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,8020 manatdan 0,8032 manatadək dəyişib, yəni dolların məzənnəsi 0,15% yüksəlib. Bununla yanaşı, həftə ərzində rəsmi məzənnə 0,16%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,1%, nağd satış məzənnəsi isə 0,01% artıb:
Beləliklə, qeyd etmək olar ki, ötən həftə valyuta bazarında kiçik artımla dolların manata qarşı məzənnəsinin sabitliyi müşahidə olunub. Bununla paralel, dövriyyənin həcm göstəricilərinin kiçik olduğu da qeyd edilməlidir.
Eyni zamanda, avronun manata qarşı rəsmi məzənnəsi enmə tendensiyası nümayiş etdirib ki, bu da normal. Çünki, adətən, dollar/manat və avro/manat məzənnələrinin dəyişməsi əks istiqamətli olur:
Həftə ərzində Azərbaycanda avronun enməsi 1,16% təşkil edib. Bununla yanaşı, birja bazarında avro üzrə əqdlər bağlanılmayıb.