Bank Of Baku

Azərbaycan büdcəsindən ötən ilin son iki ayında əlavə 1 mlrd. manat vəsait xərclənib

Azərbaycan büdcəsindən ötən ilin son iki ayında əlavə 1 mlrd. manat vəsait xərclənib
# 19 yanvar 2009 09:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci il dövlət büdcəsinin gəlirləri 10 763 mln. manat, xərcləri isə 10 680 mln. manat təşkil edib. Nəticədə, ötən ilki büdcənin icrasında 83 mln. manat həcmində profisit yaranıb. Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyindən məlumat verilib.
Eyni zamanda rəsmi statistikaya əsasən, ötən ilin yanvar-oktyabr ayları ərzində büdcə gəlirləri 8 736,3 mln. manat, xərcləri 7 598,4 mln. manat, büdcə profisiti isə 1 137,9 mln. manat təşkil edib. Beləliklə, 2008-ci ilin son iki ayı ərzində yaranmış büdcə prositinin 93%-i müxtəlif istiqamətlərdə xərclənilib.
Qeyd edək ki, yanvar-oktyabr ayları ərzində orta aylıq büdcə xərcləri 759,8 mln. manata bərabər olduğu halda, ilin yekunları üzrə bu göstərici 890 mlrd. manata çatdırılıb. Eyni zamanda, gəlirlər üzrə həmin göstəricilər müvafiq olaraq 873,6 mln. manat və 896,9 mln. manat olub. Göründüyü kimi, ilin son iki ayı xərclərin artması müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR