Bank Of Baku

Azərbaycan son bir ildə ixracı 9 dəfə, idxalı isə 30% artırıb

Azərbaycan son bir ildə ixracı 9 dəfə, idxalı isə 30% artırıb
# 19 yanvar 2009 09:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 139 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə əməkdaşlıq edərək 53,5 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 47 mlrd. dollarını (87,9%-ni) ölkədən ixrac olunmuş mallar, 6,5 mlrd. dollarını (12,1%-ni) Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, respublikanın ticarət dövriyyəsində 40,5 mlrd. dollarlıq müsbət saldo yaranıb.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi 2007-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,1 dəfə, o cümlədən ixrac 8,6 dəfə, idxal isə 29,7% artıb.
İxrac-idxal əməliyyatlarının 53,3%-i Avropa İttifaqı, 6,9%-i MDB ölkələri ilə, 39,8%-i isə digər dövlətlərlə aparılıb. Ümumi dövriyyənin 59,5%-i Avropa, 25,1%-i Asiya, 14,9%-i Amerika, 0,5%-i Afrika qitəsi ölkələrinin, 0,02%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,1%-i) İtaliya, ABŞ, İsrail, Hindistan, Fransa, Rusiya, İspaniya, Niderland, İndoneziya, Türkiyə, Birləşmiş Krallıq və Çili ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR