Bank Of Baku

«Əmrahbank» ötən il ərzində aktivlərini 27% artırıb

«Əmrahbank» ötən il ərzində aktivlərini 27% artırıb
# 19 yanvar 2009 09:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 62,396 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 27% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 3,6% artaraq 39,583 mln. manata, depozit portfeli isə 16,7% genişlənərək 32,688 mln. manata çatıb. Bankın məcmu kapitalı 81,5% artaraq 21,775 mln. manat, o cümlədən nizamnamə kapitalı 33,5% artaraq 12,820 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 51,3% artaraq 13,165 mln. manat, xərcləri isə 40,6% artaraq 9,844 mln. manat olub. Nəticədə, bankın mənfəəti 95,3% artaraq 3,321 mln. manat təşkil edib.
Bundan başqa, bu müddət ərzində bank tərəfindən əlavə 3 filial açıb, 2 bankomat və 15 POS-terminal quraşdırılıb. Eyni zamanda, bankın işçilərinin sayı 24,3% artaraq 327 nəfərə, orta aylıq əmək haqqı isə 39% artaraq 384 manata çatıb.
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 22 filialı, 2 mübadilə məntəqəsi, 12 bankomatı və 34 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR