Bank Of Baku

«Deka Bank» ötən il xalis mənfəətini 44% artırıb

«Deka Bank» ötən il xalis mənfəətini 44% artırıb
# 19 yanvar 2009 11:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Deka Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 27,359 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 3,9% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 7,9% azalaraq 5,214 mln. manata, kredit portfeli 10,8% artaraq 21,230 mln. manata, o cümlədən istehlak kreditləri 57,6% artaraq 9,055 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 3,8% artaraq 10,729 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 9,594 mln. manat olub.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 19,3% artaraq 3,757 mln. manat, xərcləri isə 32,7% artaraq 3,440 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 43,2% azalaraq 317 min manat, xalis mənfəəti isə 43,6% artaraq 247 min manat olub.
Xatırladaq ki, «Deka Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 6 filialı, 1 bankomatı və 13 POS-terminalı var. Cari ilin yanvarın 1-nə bankda 77 nəfər çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR