Bank Of Baku

«AccessBank»ın yeni regional filialı açılıb

«AccessBank»ın yeni regional filialı açılıb
# 19 yanvar 2009 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı Azərbaycanın Cəlilabad rayonunda filial açıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın respublika üzrə mövcud filiallarının sayı 21-ə çatıb.
Filialda fiziki və hüquqi şəxslərə bütün bank xidmətləri göstərilir ki, bu xidmətlərə beynəlxalq pulköçürmə sistemləri, hesabların və depozitlərin açılması, VİSA plastik kartları, kiçik biznes və istehlak kreditlərinin verilməsi daxildir.
Filialın rəhbəri vəzifəsinə isə «AccessBank»ın mütəxəssisi, Azərbaycan Milli Bankında attestasiyadan keçmiş Rəhman Əliyev təyin olunub.
Xatırladaq ki, «AccsesBank» SKB 2002-ci ilin oktyabr ayından Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında bankın brendi dəyişdirilib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 187,532 mln. manat, kredit portfeli 158,718 mln. manat, depozit portfeli 17,208 mln. manat, məcmu kapitalı 39,665 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR