Bank Of Baku

«AGLeasing» şirkəti ötən il lizinq portfelini 4 dəfə genişləndirib

«AGLeasing» şirkəti ötən il lizinq portfelini 4 dəfə genişləndirib
# 19 yanvar 2009 14:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfeli 2009-cu ilin yanvar ayının 1-nə 12,531 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 4,3 dəfə çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin bağladığı lizinq müqavilələrinin sayı 3,1 dəfə artaraq 131-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 3,4 dəfə artaraq 10,076 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində şirkətin nizamnamə kapitalı sabit qalaraq 1 mln. manat, mənfəəti isə 2,8 dəfə artaraq 476,914 min manat təşkil edib.
Lizinq portfelinin strukturuna gəldikdə isə tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.
Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «AGBank» (35%), ABŞ-ın «Delta Trans Group LLC» (25%), Böyük Britaniyanın «Hyperion İnvestments» (30%) və «MilioLeasing» (10%) şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR