Bank Of Baku

Ötən il Azərbaycanda inflyasiya 21%-ə çatıb

Ötən il Azərbaycanda inflyasiya 21%-ə çatıb
# 19 yanvar 2009 14:41 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2008-ci ilin dekabr ayında noyabrla müqayisədə 0,4% düşüb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ərzaq məhsulları 1% ucuzlaşıb, xidmət tarifləri 0,5% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki səviyyədə qalıb.
Ümumilikdə isə, 2008-ci il ərzində 2007-ci ilə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 20,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 28,6%, qeyri-ərzaq mallarının qiymətləri 11,5%, xidmət tarifləri isə 11,4% bahalaşıb.
Xatırladaq ki, Azərbaycan hökuməti 2008-ci il üçün inflyasiyanı ilkin olaraq 12-14% səviyyəsində proqnozlaşdırıb. Lakin sonradan illik proqnoz 18%-dək artırılıb. Beynəlxalq Valyuta Fondunun ekspertləri isə 2008-ci ildə Azərbaycanda inflyasiyanın 20%-dən aşağı olmayacağını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR