Bank Of Baku

Azərbaycandakı birjaların məcmu dövriyyəsi 2008-ci ildə 60% artıb

Azərbaycandakı birjaların məcmu dövriyyəsi 2008-ci ildə 60% artıb
# 19 yanvar 2009 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən 2008-ci il ərzində keçirilmiş 516 hərracda 11 607,8 mln. manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunub. Birja dövriyyəsinin ümumi həcmi 2007-ci ilə nisbətən 1,6 dəfə artıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Banklararası Valyuta Birjası və Bakı Fond Birjası xüsusi yer tutur. Ötən ilə nisbətən dövriyyənin həcmi Bakı Banklararası Valyuta Birjasında 25% artaraq 2 023,0 mln. manatlıq ABŞ dolları, 27,5 mln. manatlıq avro kütləsi satılıb. Bakı Fond Birjasında isə dövriyyənin həcmi 1,7 dəfə artaraq, 9 555,9 mln. manatlıq qiymətli kağızlar satılıb.
Hesabat ilində əmtəə birjalarında istehsal-texniki təyinatlı məhsulların satışı 3,1 dəfə azalıb, daşınmaz əmlakın satışı isə 1,5 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR