Bank Of Baku

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı ötən il 24% artıb

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı ötən il 24% artıb
# 20 yanvar 2009 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 2008-ci il ərzində 268,0 manat təşkil edib. Bu, 2007-ci ilin orta aylıq əmək haqqına nisbətən 24,2% çoxdur.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.
Bununla yanaşı bildirilir ki, 2008-ci ilin yanvar-noyabr aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 14,1 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödənişlərin əsas hissəsini mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələri, emal sənayesi və tikinti sahələrində çalışan işçilər alıblar.
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 136,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 250,1 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR