Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin gəlirləri yanvar-noyabr aylarında 69% artıb

Azərbaycan dövlət büdcəsinin gəlirləri yanvar-noyabr aylarında 69% artıb
# 20 yanvar 2009 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 2007-ci ilin eyni dövrü ilə müqayisədə 68,7% və ya 3,8 mlrd. manat artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə daxil olmuş 9,4 mlrd. manat vəsaitin 55,9%-i (5,2 mlrd. manatı) Vergilər Nazirliyi, 10,9%-i (1 mlrd. manatı) Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, qalan 33,2%-i isə digər gəlir mənbələri hesabına formalaşıb.
Bu dövrdə vergi daxilolmalarının bütün növləri üzrə artım müşahidə edilib və vergilərlə bağlı gəlirlər əvvəlki ilin eyni dövründəkindən 26,7% çox olub. Gəlirlərin 2,7 mlrd. manatı (29%-i) hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 1,7 mlrd. manatı (18,4%-i) əlavə dəyər vergisindən, 561,1 mln. manatı (6%-i) fiziki şəxslərin gəlir vergisindən, 374,1 mln. manatı (4%-i) aksiz vergisindən, 415,8 mln. manatı (4,4%-i) isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.
Hesabat dövründə büdcədən 8,3 mlrd. manat və ya 2007-ci ilin eyni dövrü ilə müqayisədə 71% çox vəsait xərclənib, büdcənin icrasında yaranmış 1 106,5 mln. manatlıq profisit ümumi daxili məhsulun 3,2%-ni təşkil edib.
Büdcə xərclərinin 4 mlrd. manatı (48,3%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 745,7 mln. manatı (9%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 794,3 mln. manatı (9,6%-i) təhsilin, 274,6 mln. manatı (3,3%-i) isə səhiyyə xidmətlərinin maliyyələşdirilməsinə sərf edilib. Xərclərin 23,8%-ni (2 mlrd. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR