Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində müşavirə keçirilib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində müşavirə keçirilib
# 21 yanvar 2009 07:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyində (İİN) ölkə prezidentinin sədrliyi ilə yanvarın 16-da keçirilmiş Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında İİN-in qarşısında qoyulmuş vəzifələrlə əlaqədar müşavirə keçirilib.
İİN-dən «APA-Economics»ə verilən məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkə rəhbərliyi tərəfindən istehlak bazarına nəzarətin gücləndirilməsi, süni qiymət artımı hallarının qarşısının alınması, antiinhisar fəaliyyətinin gücləndirilməsi, azad rəqabət mühitinin inkişaf etdirilməsi, dövlət investisiya layihələrində prioritetlərin müəyyənləşdirilməsi, xarici investisiya qoyuluşunun artırılması, ixrac qabiliyyətli məhsul istehsal edən müəssisələrə dövlət dəstəyinin gücləndirilməsi, müasir emal müəssisələrinin yaradılması, sahibkarlığın inkişafına yönəlmiş kredit resurslarının artırılması, kənd təsərrüfatının subsidiyalaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması və digər istiqamətlərdə Nazirlik qarşısında mühüm vəzifələr qoyulduğunu qeyd edib.
Bundan başqa, müşavirədə müəyyənləşdirilmiş vəzifələrin sistemli və keyfiyyətli icrasının təmin olunması üçün müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb və bununla bağlı konkret tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR