Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan xarici investisiyaların həcmi ötən il 16% azalıb

Azərbaycanda əsas kapitala yatırılan xarici investisiyaların həcmi ötən il 16% azalıb
# 21 yanvar 2009 07:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda xarici mənbələrdən əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi 2 224,7 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 2007-ci ilin müvafiq dövründəkindən 16,3% az olub.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən il ərzində əsas kapitala yönəldilmiş investisiyanın 2 061,9 mln. manatı (92,7%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Koreya, Çexiya və Almaniya investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR