Bank Of Baku

«Turan Bank» yeni ödəniş sisteminə qoşulub

«Turan Bank» yeni ödəniş sisteminə qoşulub
# 29 mart 2009 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankı (SKB) Kommunal Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) qoşulub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq əhali bu bank vasitəsilə su, qaz və elektrik enerjisindən istifadəyə görə ödənişləri həyata keçirə bilər. Qeyd edək ki, yaxın günlərdə sistemə bankın bütün filial şəbəkəsi də qoşulacaq.
Xatırladaq ki, KÖMİS-lə yanaşı «Turan Bank» mobil rabitə operatorlarının xidmət haqları üzrə ödənişləri də qəbul edir.
Təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivləri 84,211 mln. manat, kredit portfeli 66,686 mln. manat, depozit portfeli 30,726 mln. manat, məcmu kapitalı 19 mln. manat, o cümlədən nizamnamə kapitalı 16 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 11 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR