«APA-Economics»in Rusiyanın «Finmarket» işgüzar xəbərlər agentliyinin tərtib etdiyi reytinq əsasında verdiyi məlumata görə, fevral ayının yekunlarına əsasən, Azərbaycan manatı sabitliyinə görə bölgədə isə ikinci yerdə qərarlaşıb. Rusiya rubluna qarşı məzənnəsi fevralda 21,88% yüksələn AZN bu göstəriciyə görə MDB-də birinci, bölgədə isə İran rialından (23,79%) sonra ikinci sabit valyuta sayılır. Belə ki, 1 manat cari ayın əvvəlində 44,1125 Rusiya rubluna bərabər olub, halbuki fevralda məzənnə 42,8630 təşkil edib.
Milli valyutalar reytinqinin ən aşağı pillələrindən birində Ermənistan dramı qərarlaşıb. Cari ayın əvvəlinə 111-ci yerdə olan dramın Rusiya rubluna qarşı məzənnəsi son bir ayda 87,68% enib.
Qeyd edək ki, son bir ildə Azərbaycan milli valyutasının məzənnəsi Rusiya rubluna qarşı 50%, o cümlədən son üç ayda 30% artıb. Rubl-Manat valyuta cütlüyündə məzənnənin belə dəyişməsi və milli valyutamızın MDB-də güclü mövqeyi Rusiya və digər Birlik dövlətlərindən olan malların Azərbaycana gətirilməsini ucuzlaşdırır və idxalın genişlənməsinə səbəb ola bilər. Xatırladaq ki, xarici ticarətin 16,7%-i MDB ölkələrinin payına düşür, idxal əməliyyatlarında isə Rusiyanın xüsusi çəkisi 15,9%-ə bərabərdir.
Əsas dünya və MDB ölkələri valyutalarının sabitlik reytinqi
(RF Mərkəzi Bankının hesablamaları əsasında)
Valyuta | Ay üzrə fərq |
AZN – Azərbaycan manatı | +21,88% |
GEL – Gürcü larisi | +20,93% |
UZS – Özbək sumu | +20,48% |
KGS – Kırğız somu | +17,46% |
UAH – Ukrayna grivnası | - 1,23% |
LVL – Latviya latı | +8,94% |
USD – ABŞ dolları | -6,46% |
CNY – Cin yuanı | -6,35 |
EEK – Estoniya kronu | +9,36% |
LTL – Litva liti | +8,94% |
EUR – Avro | -0,09% |
GBP – Funt sterlinq | - 4,96 |
CHF –İsveçrə frankı | - 2,70% |
BYR – Belarus rublu | - 4,58% |
KZT – Qazaxstan tengesi | - 6,99 |
TMT – Yeni türkmən manatı | +38,89% |
AMD – Erməni dramı | -87,68% |