Bank Of Baku

«Turkapital» şirkəti Türkiyə və MDB-də yeni investisiya şirkətləri yaradacaq

«Turkapital» şirkəti Türkiyə və MDB-də yeni investisiya şirkətləri yaradacaq
# 30 mart 2009 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Küveyt Maliyyə Evinin törəmə qurumu olan «Turkapital» şirkəti Türkiyə və MDB ölkələrində yeni investisiya şirkətləri təsis etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan «Turkapital»ın İdarə Heyətinin sədri Fəvvaz əl-İssa bildirib.
F.əl-İssanın sözlərinə görə, artıq 2009-cu il ərzində Türkiyə və ya MDB ölkələrinin birində yeni investisiya şirkəti yaradıla bilər: «Hazırda biz bu ölkələrdə təhlillər aparırıq və əlverişli mühiti olan ölkələrdə yeni investisiya şirkəti yaradacağıq».
Qeyd edək ki, «Turkapital» Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə birgə «Küveyt-Azərbaycan İnvestisiya Şirkəti» QSC-ni təsis edib. Yeni şirkətin nizamnamə kapitalı ilkin mərhələdə 500 min ABŞ dolları təşkil edəcək («Turkapital» - 75%, AİŞ - 25%). Şirkətin nizamnamə kapitalının 2 il ərzində tədricən 20 mln. dollaradək artırılması nəzərdə tutulur. Nizamnamə kapitalının artırılması qeyd olunan faiz nisbətlərinə uyğun olaraq aparılacaq. Küveyt-Azərbaycan İnvestisiya Şirkəti iqtisadiyyatın müxtəlif sahələrinə xarici investisiyaların cəlb edilməsi və yerli müəssisələrə sərmayə qoyuluşlarını həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR