Bank Of Baku

Azərbaycan Auditorlar Palatası ilə Rusiya Auditorlar Kollegiyası arasında yeni əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Auditorlar Palatası ilə Rusiya Auditorlar Kollegiyası arasında yeni əməkdaşlıq sazişi imzalanıb
# 30 mart 2009 10:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Auditorlar Palatası (AAP) və Rusiya Auditorlar Kollegiyası (RAK) arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən AAP-ın sədri Vahid Novruzov, Rusiya tərəfindən isə RAK-ın sədri Aleksandr Ruf imzalayıblar. Bu barədə «APA-Economics»ə AAP-nın mətbuat xidmətindən məlumat verilib.
Sənədə uyğun olaraq, tərəflər mühasibat uçotu və audit sahəsində inteqrasiya prosesinin inkişaf etdirilməsi, mütəxəssis hazırlığı, qanunvericilik aktlarının hazırlanması, peşə norma və standartlarının işlənib hazırlanması, təcrübə mübadiləsi və s. sahələrdə əməkdaşlıq edəcək. Bu məqsədlə əməkdaşlıq proqramları tərtib olunacaq, informasiya mübadiləsi aparılacaq, həmçinin hər iki ölkənin ekspertləri tərəflərin təşkil etdiyi tədbirlərdə iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Auditorlar Palatası və Rusiya Auditorlar Kollegiyası arasında əməkdaşlıq haqqında ilk saziş 1999-cu ilin mart ayında imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR