Bank Of Baku

Sabancı ailəsi «Air Berlin»də pay alır

Sabancı ailəsi «Air Berlin»də pay alır
# 30 mart 2009 10:50 (UTC +04:00)
Bakı – APA-Economics. Türkiyəli Sabancı ailəsi Almaniyanın ikinci böyük aviaşirkəti olan «Air Berlin»də 15,3% həcmində iştirak payı alır.
«APA-Economics»in BNE portalına istinadən verdiyi məlumata görə, «Air Berlin» şirkəti bir qədər öncə verdiyi açıqlamasında bildirib ki, Sabancı ailəsinin vençur kapitallı şirkəti olan «ESAS Holding» İsveçrənin «UBS» bankının Almaniya şirkətindəki payının alınmasına dair müqavilə bağlayıb.
Xatırladaq ki, yanvar ayında isə amerikalı milyarder Len Blavatnik «Air Berlin»dəki 18,9%-lik payını satıb. «Air Berlin» isə həmin payın Sabancı ailəsinə satıldığını təsdiqləməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR