Bank Of Baku

Azərbaycan yanvar-fevral aylarında ixracı 25% artırıb, idxalı isə 1% azaldıb

Azərbaycan yanvar-fevral aylarında ixracı 25% artırıb, idxalı isə 1% azaldıb
# 30 mart 2009 11:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 565 864,9 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Cari ilin ilk iki ayı ərzində Azərbaycanla 103 ölkə arasında aparılmış ticarət əməliyyatlarının ümumi həcmi 2 417 965,1 min dollar (1 491 915 min dolları ixrac, 926 050,1 min dolları idxal) təşkil edib. O cümlədən, 6 051 min dollar dəyərində 190,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olub.
Ötən ilin yanvar-fevral aylarına nisbətən ixrac əməliyyatlarının həcmi 24,55% artıb, idxal əməliyyatlarının həcmi isə 1,02% azalıb.
Hesabat dövründə Azərbaycandan 27 186,8 min dollar dəyərində mal müvəqqəti ixrac, 46 203,7 min dollar dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilib.
İxracın 78,93%-ni xam neft, 10,20%-ni neft məhsulları, 1,40%-ni bitki və heyvan mənşəli yağlar, 0,78%-ni meyvə-tərəvəz, qalan hissəsini digər əmtəələr, idxalın isə 32,98%-ni maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri, 14,68%-ni nəqliyyat vasitələri və onların hissələri, 13,45%-ni ərzaq məhsulları, 9,39%-ni qara metallar və onlardan hazırlanan məmulatlar və s. təşkil edib.
Qeyd edək ki, hesabat dövründə xarici ticarətlə 3 961 hüquqi və fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarında dövlət sektorunun payı 94,25%, özəl sektorun 5,10%, fiziki şəxslərin payı 0,65% olub. İdxalda isə bu göstəricilər müvafiq olaraq 27%, 68,07% və 4,93% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR