Bank Of Baku

Maliyyə Nazirliyi sığorta agentləri üçün keçirilən son test imtahanının nəticələrini açıqlayıb

Maliyyə Nazirliyi sığorta agentləri üçün keçirilən son test imtahanının nəticələrini açıqlayıb
# 30 mart 2009 11:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi bu ilin mart ayının 16-17-də sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslərin attestasiyasından müvəffəqiyyətlə keçən şəxslərin siyahısını açıqlayıb.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 77 nəfər qaydalara uyğun təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab verib, 21 iştirakçı isə attestasiyadan müvəffəqiyyətlə keçib.
Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə və Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR