Bank Of Baku

«ABB-Moskva» bankı auditdən keçmiş ötən ilki maliyyə göstəricilərini açıqlayıb

«ABB-Moskva» bankı auditdən keçmiş ötən ilki maliyyə göstəricilərini açıqlayıb
# 30 mart 2009 11:45 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada fəaliyyət göstərən törəmə qurumu – «ABB-Moskva» bankı 2008-ci il üzrə auditdən keçmiş maliyyə nəticələrini açıqlayıb. Bu barədə «APA-Economics»ə ABB-dən məlumat verilib.

Belə ki, ötən il vergi ödənilənədək «ABB-Moskva»nın əldə etdiyi mənfəət 164 mln. rubl və yaxud 5,6 mln. ABŞ dolları təşkil edib. Bu, 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 69% çoxdur. Eyni zamanda, törəmə bankın kapitallaşma səviyyəsi hesabat ili ərzində 17% artıb və 1,012 mlrd. rubla (34,5 mln. dollara yaxın) çatıb. Bu zaman bankın aktivləri ilk dəfə olaraq 9,86 mlrd. rubla və yaxud dollar ekvivalentində 335,53 mln. həddini ötüb. Əvvəlki ilə nisbətən aktivlərin artım tempi 39%-ə bərabər olub. Aktivlərin 73%-ni (7,16 mlrd. rubl və ya 243,53 mln. dollar) bankın kredit portfeli təşkil edir. Borcalmaların həcmi 2008-ci ildə 57% artıb. Maraqlıdır ki, «ABB-Moskva»nın ayırdığı banklararası kreditlər hesabat ilində 18% artaraq 5,98 mlrd. rubla və ya 203,6 mln. dollara çatıb.

Qeyd edək ki, ABB-nin Rusiyadakı törəmə bankında son bir ildə depozit proqramlarının genişlənməsinə də xüsusi diqqət yetirilir. Nəticədə, bankın depozit bazası korporativ müştərilər üzrə 590 mln. rubl və yaxud 20,8 mln. dolları ötüb, fiziki şəxslər hesabına isə 726 mln. rubl və ya 24,71 mln. dollara çatıb.

Xatırladaq ki, Rusiyada dinamik artım templəri göstərən kredit təsisatları arasında «ABB-Moskva» öz mövqeyini 37 pilləyə ucaldıb və ən iri 200 bank sırasına daxil olub (171-ci yer).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR