Bank Of Baku

«Parabank» bazara yeni depozit məhsulunu təqdim edib

«Parabank» bazara yeni depozit məhsulunu təqdim edib
# 30 mart 2009 12:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) müştərilərə «Ekstrim Əmanəti» adlı yeni depozit məhsulunu təqdim edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Ekstrim Əmanəti» gənclərə öz sərbəst pul vəsaitlərini təhsillərini başa çatdıracağı dövr ərzində səmərəli şəkildə yerləşdirməklə iş fəaliyyətinə müəyyən kapitalla başlamaq imkanı əldə etməsi üçün təklif edilir. Bu depozit məhsulu 5 il müddətinə, 500 manatdan (dollar) az olmamaqla qəbul edilir.
Yeni depozit növü üzrə yerləşdirilən vəsaitlərə görə faizlərin alınması üçün «Parabank» çevik şərtlər təklif edir. Belə ki, müştəri öz seçiminə görə yerləşdirdiyi depozit üzrə faizləri 3, 6 və 12 aydan bir götürə bilər. «Ekstrim Əmanəti» üzrə müştərilərə 2 növ paket təqdim olunur. Birinci paketdə əmanət faizləri kapitallaşır, 2-ci paketdə isə əmanət faizləri müddətlərlə müştəriyə ödənilir.
Bu əmanət məhsulu üzrə vəsait yerləşdirmiş müştərilərə faizlərin alınması üçün bank tərəfindən pulsuz «VİSA Electron» debet kartı verilir. Həmçinin, «Ekstrim Əmanəti» yerləşdirmiş fiziki şəxs əmanətin müddətinə uyğun bədbəxt hadisələrdən sığorta paketi ilə də təmin edilir. Depozit sahibləri banka yerləşdirilmiş vəsaitlərinin 80%-i həcmində sərfəli şərtlərlə kredit götürə bilərlər. Beş min manat və ya dollardan artıq məbləğdə vəsait yerləşdirən müştərilərə pulsuz VİSA kartı verilir.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 65,552 mln. manat, depozit portfeli 35,905 mln. manat, kredit portfeli 42,317 mln. manat, məcmu kapitalı 12,353 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manata təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR