Bank Of Baku

Azərbaycan bank sisteminin xalis xarici aktivləri azalır

Azərbaycan bank sisteminin xalis xarici aktivləri azalır
# 30 mart 2009 13:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sisteminin (Azərbaycan Milli Bankı daxil olmaqla) xalis xarici aktivlərinin həcmi 2009-cu ilin mart ayının 1-nə 3 787,4 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 244,5 mln. manat və ya 6,9% artıb. Eyni zamanda, xalis xarici aktivlər fevral ayı ərzində 307,4 mln. manat və ya 7,5%, ilin əvvəlindən, yəni yanvar-fevral ayları ərzində isə 248,7 mln. manat və ya 6,2% azalıb.
Ötən il ərzində bank sistemi üzrə xalis xarici aktivlər 1 164,4 mln. manat və ya 40,6% artıb. Beləliklə, ötən il ərzində bu göstəricinin orta aylıq artımı 97,03 mln. manat təşkil edib və göründüyü kimi, fevralda müşahidə olunan azalma bu göstəricini 3,2 dəfə üstələyir.
Eyni zamanda, bank sisteminin xalis daxili aktivlərinin həcmi son bir il ərzində 889,1 mln. manat və ya 33,5% artaraq, cari ilin əvvəlindən 917,1 və ya 20,6%, fevralda isə 373,4 mln. manat və ya 9,5% azalaraq 3 541,2 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR