Bank Of Baku

«Bank of Azerbaijan» yeni baş ofisə köçüb

«Bank of Azerbaijan» yeni baş ofisə köçüb
# 30 mart 2009 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) yeni baş ofisə köçüb.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni baş ofis Bakı şəhərinin Sarabski küçəsi, məhəllə 657 ünvanında yerləşir. «ZQAN Holding» Şirkətlər Qrupuna məxsus olan 9 mərtəbəli binanın 4 mərtəbəsi «Bank of Azerbaijan» üçün ayrılıb.
Qeyd edək ki, bankın baş ofisi bundan əvvəl S.Vurğun küçəsi,3 ünvanında fəaliyyət göstərib və hazırda həmin ofis bankın filialına çevrilib.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 108,756 mln. manat, kredit portfeli artaraq 88,431 mln. manat, depozit portfeli 42,490 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 32 mübadilə məntəqəsi, 19 bankomatı və 128 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR