* Həcm və gəlirlik dövrlərin sonuna göstərilir
Göründüyü kimi, həcmin azalması ilə paralel olaraq, notlar üzrə gəlirlik də kəskin düşüb. Bu iki fakt bankların likvidlik problemlərinin mövcudluğunu əks etdirir. Belə ki, notların əsas funksiyası bank sistemindən əlavə pul kütləsinin açıq bazardan götürülməsindən ibarətdir və bu prosesin tədricən heçə enməsi bank sistemində əlavə pul kütləsinin olmadığını göstərir. Adi şəraitdə borc qiymətli kağızlara tələbat azaldığı halda, onların cəlbedici əlamətlərindən ən əsası olan gəlirlik artır, lakin hazırda bank sistemində likvidlik böhranı şəraitində bu amil mövcud deyil, çünki banklarda notların alınması üçün vəsaitin olmaması Milli Banka tam aydındır və gəlirliyin artırılmasının heç bir faydası yoxdur.
Milli Bank tərəfindən elan edilmiş bank sistemi və real sektora kreditləşməni bərpası məqsədi ilə hökumətin maliyyə dəstəyi proqramının müzakirələri hələ də davam etməkdədir və buna görə, bank sistemində likvidlik probleminin hələ bir müddət qalacağını proqnozlaşdırmaq olar. Bu səbəbdən də not bazarının sıfıra enməsi ehtimalı çoxdur və cədvəllərdən göründüyü kimi, bu artıq tədricən baş verir.