Bank Of Baku

Azərbaycanın birja valyuta bazarında market-meyker institutunun formalaşmasına başlanılıb

Azərbaycanın birja valyuta bazarında market-meyker institutunun formalaşmasına başlanılıb
# 30 mart 2009 15:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın birja valyuta bazarını inkişaf etdirmək məqsədilə Bakı Banklararası Valyuta Birjası (BBVB) market-meyker institutunun formalaşmasına başlayıb.
BBVB-dan «APA-Economics»ə verilən məlumata görə, bu ilin aprelin 1-də BEST sistemində keçiriləcək valyuta hərraclarında ilk valyuta market-meykeri rolunda yerli «Paşabank» ASC çıxış edəcək. Bank yalnız BEST sistemində USD/AZN T+0 aləti üzrə hərraclar keçirmək öhdəliyini həyata keçirəcək. Market-meyker sözügedən alət üzrə birja komissiyasının ödənilməsindən azad olunur.
Qeyd edək ki, market-meyker statusunu bir və ya bir-neçə alət üzrə BBVB-nın valyuta bölməsinin üzvləri ala bilər. Market-meyker institutunun yaradılmasında məqsəd birja bazarının likvidliyini artırmaqdır.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin mart ayının 1-nə bankın aktivlərinin həcmi 204,344 mln. manat, kredit portfeli 48,125 mln. manat, depozit portfeli 87,942 mln. manat, məcmu kapitalı 112,583 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR