Bank Of Baku

«Turan Bank» bu il 4 yeni filial açmağı planlaşdırır

«Turan Bank» bu il 4 yeni filial açmağı planlaşdırır
# 31 mart 2009 06:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankı 2008-2011-ci illər üçün hazırladığı strateji planın icrası çərçivəsində 2009-cu il ərzində respublika üzrə 4 yeni filial açmaq niyyətindədir.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filialların 2-si bölgələrdə, qalanı isə paytaxtda yerləşəcək. Bununla da bankın filiallarının ümumi sayı bu il 13-ə, o cümlədən regiondakı filiallarının sayı 7-ə çatdırılacaq.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 11 filialı fəaliyyət göstərir və bunun 5-i regionda yerləşir.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivləri 84,211 mln. manat, kredit portfeli 66,686 mln. manat, depozit portfeli 30,726 mln. manat, məcmu kapitalı 19 mln. manat, o cümlədən nizamnamə kapitalı 16 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR