Bank Of Baku

«Turan Bank»ın «Nur» filialı yeni ünvana köçüb

«Turan Bank»ın «Nur» filialı yeni ünvana köçüb
# 31 mart 2009 07:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankının (SKB) Bakı şəhərində yerləşən «Nur» filialı yeni ünvana köçüb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Nur» filialı hazırda Qara Qarayev pr-ti,61 ünvanında fəaliyyət göstərir. Qeyd edək ki, əvvəllər bu filial Xəqani küçəsi,41 ünvanında yerləşib.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivləri 84,211 mln. manat, kredit portfeli 66,686 mln. manat, depozit portfeli 30,726 mln. manat, məcmu kapitalı 19 mln. manat, o cümlədən nizamnamə kapitalı 16 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 11 filialı, o cümlədən paytaxtda 5 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR