Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xarici kapital balansı yaxşılaşır

Azərbaycanda kommersiya banklarının xarici kapital balansı yaxşılaşır
# 31 mart 2009 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xalis xarici aktivlərinin həcmi 2009-cu ilin mart ayının 1-nə mənfi 774,3 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, mənfi rəqəmlərlə ifadə olunan bu göstərici cari ilin əvvəlindən 94,5 mln. manat və ya 10,9% azalıb.
Qeyd edək ki, ötən ilin martın 1-nə kommersiya banklarının xalis xarici aktivləri müsbət 118,7 mln. manat təşkil edib, lakin aprel ayından başlayaraq bu göstərici kəskin azalmağa başlayıb və yanvarın 1-nə ən minimal həddə (mənfi 868,8 mln. manat) çatıb. Bankların xalis xarici aktivləri anlayışı altında müəyyən həcmdə digər maddələri nəzərə almaqla əsasən onların xarici aktivləri və xarici öhdəliklərinin balansı başa düşülür. Beləliklə, xalis xarici aktivlərin mənfi olması kommersiya banklarının xarici öhdəliklərinin xarici aktivləri üstələməsi deməkdir və bu tendensiya son vaxtlar artıq ənənəvi xarakter alıb. Mənfi rəqəmlərlə ifadə olunan kommersiya banklarının xalis xarici aktivlərinin mütləq göstəricisinin azalması əsasən xarici öhdəliklərin azalması nəticəsində baş verir ki, bu da öz növbəsində dünya maliyyə və iqtisadi böhrana görə Azərbaycan bankları üçün xaricdən maliyyə vəsaitləri, xüsusən də xarici kreditlərin alınması prosesinin kəskin zəifləməsinin nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR