Bank Of Baku

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 62 mlrd. dollar sərmayə yatırılıb

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 62 mlrd. dollar sərmayə yatırılıb
# 31 mart 2009 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına bütün maliyyələşdirmə mənbələri hesabına 61,7 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yatırılmış vəsaitin 36,9 mlrd. dollarını (59,8%) xarici, 24,8 mlrd. dollarını (40,2%) isə daxili investisiyalar təşkil edib.
Nazirlikdən həmçinin bildirilib ki, təkcə 2008-ci ildə Azərbaycan iqtisadiyyatına 11,2 mlrd. dollardan arıq investisiya yatırılıb. Xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında liderdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR