Bank Of Baku

Azərbaycanın tədiyyə balansının müsbət saldosu ötən il 4 dəfə artıb

Azərbaycanın tədiyyə balansının müsbət saldosu ötən il 4 dəfə artıb
# 31 mart 2009 11:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci il üzrə tədiyyə balansının ümumi saldosu müsbət 12 049,9 mln. ABŞ dolları təşkil edib ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə 4,2 dəfə çoxdur. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, tədiyyə balansının cari əməliyyatlar hesabında son illər müşahidə olunan profisit əvvəlki ilə nisbətən 80% artaraq 16,5 mlrd. dollara çatıb.
Eyni zamanda, kapitalın və maliyyənin hərəkəti hesabının mənfi saldosu 2007-ci illə müqayisədə 28,1% azalaraq 4,4 mlrd. dollara düşüb:

Tədiyyə balansının əsas göstəriciləri

(mln. dollar)


 

2007-ci il 

2008-ci il 

I. Cari əməliyyatlar hesabının saldosu

9 018,9                                                

16 453,5

Xarici ticarət balansı 

15 224,3

23 011,7

Xidmətlər balansı 

-2 131,0 

-2 342,6 

Gəlirlər balansı 

-5 079,4 

-5 266,0 

İnvestisiya gəlirlərinin repatriasiyası 

-4 920,8 

-5 346,9 

Cari transfertlər balansı 

1 005,0

1 050,4

II. Kapitalın və maliyyənin hərəkəti hesabının saldosu 


-6 120,8 

-4 403,6 

Birbaşa investisiyalar 

-5 102,7

-545,0

- Azərbaycana cəlb olunmuş 

4 291,1 

3 982,4 

- Xaricə yönəldilmiş 

-285,6 

-555,6 

- İnvestisiyaların repatriasiyası 

-9 108,2

-3 971,8

Neft bonusu 

68,2

3,5

Kreditlər və digər investisiyalar 

-1 086,3

-3 862,1

III. Tədiyyə balansının ümumi saldosu


2 898,1 

12 049,9 



AMB-nin tədiyyə balansının şərhinə əsasən, tədiyyə balansının sektoral təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, mexanizm və digər texnoloji avadanlıqlar, xidmətlər idxalının maliyyələşdirilməsinə sərf olunan vəsaitləri əks etdirir. Neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo iqtisadiyyatın digər sektorlarının xarici valyutaya tələbatının maliyyələşməsini və ölkənin valyuta ehtiyatlarının artmasını təmin edib.
Tədiyyə balansının əsas hissəsinə malik olan xarici ticarət dövriyyəsi hesabat ilində 39,7% artaraq 38,2 mlrd. dollar təşkil edib. Xarici ticarət balansı 23 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Ötən il Azərbaycanın dünyanın 140 dövləti ilə ticarət əlaqəsi olub. Xarici ticarətin 10%-i MDB ölkələri, 90%-i isə uzaq xarici dövlətlərin payına düşür.
Ötən ilin ərzində əmtəə ixracı 2007-ci ilə nisbətən 40% artaraq 30,6 mlrd. dollara çatıb. İxrac olunan malların strukturunda neft məhsullarının payı 93,1% təşkil edir. Xarici dövlətlərə 28,5 mlrd. dollarlıq neft məhsulları ixrac olunub ki, bu da 2007-ci ilin analoji göstəricisindən 40% dəfə çoxdur. İxrac olunan bütün neft məhsullarının 2,2 mlrd. dolları neft emalı məhsulları, 26,3 mlrd. dolları isə xam neft ixracının payına düşür.
İxrac olunan xam neftin 24,2 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən hasil olunmuş neft hesabına formalaşıb. Bunun da 14,7 mlrd. dollarını Azərbaycanın, 9,5 mlrd. dollarını isə «Əsrin müqaviləsi» ilə bağlı konsorsiumun (ABƏŞ) xarici səhmdarlarının payına düşən neft təşkil edir.

(mln. dollar)

İxracın strukturu 

 

2007-ci il 

2008-ci il 

Yanacaq-xammal məhsulları 

20 429,6

29 098,9

- neft məhsulları 

20 039,4

28 468,6

-digər xammal 

    390,2

    630,3

Maşın və avadanlıq 

   207,1

    203,5

İstehlak malları 

   556,1

    581,2

Digər mallar 

    76,5

    702,8

İxrac cəmi 

21 269,3

30 586,4



Ötən il ərzində istehlak mallarının idxalının ümumi dəyəri əvvəlki ilə nisbətən 484,7 mln. manat və ya 19,1% artıb. Bu artımın 211,5 mln. dolları ərzaq məhsullarının payına düşdüyü halda, 190 mln. dollardan çoxu yalnız minik avtomobillərinin idxalı ilə bağlıdır.

Fiziki şəxslər tərəfindən həyata keçirilən idxal (1214,9 mln. dollar) və humanitar mallar (30,9 mln. dollar) da nəzərə alınmaqla, 2008-ci il ərzində Azərbaycana 3 020,3 mln. dollar dəyərində istehlak malları gətirilib ki, bunun da 34,5%-i ərzaq məhsullarının payına düşür.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilən maşın-avadanlıqların və malların xüsusi çəkisi 12%, dəyər ifadəsi isə 912,8 mln. dollar təşkil edib. Bunun 78,6%-i beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunan investisiyalar hesabına idxal edilən malların payına düşüb. Bundan başqa, ölkəyə 3 641,6 mln. dollar məbləğində istehsal təyinatlı maşın-avadanlıqlar, kimya, qara və əlvan metallurgiya məhsulları gətirilib.

(mln. dollar)

İdxalın strukturu

 

2007-ci il 

2008-ci il 

İstehlak malları 

2 535,6

3 020,3 

- ərzaq məhsulları 

  831,3

1 042,8 

- qeyri-ərzaq məhsulları 

1 704,3 

1 977,5 

İnvestisiya yönümlü mallar 

1 063,6 

  912,8

Digər mallar 

2 445,8 

3 641,6 

İdxal cəmi

6 045,0

7 574,7

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR