Bank Of Baku

«Kapital Bank» səhmdarlarının növbədənkənar yığıncağı keçirilir

«Kapital Bank» səhmdarlarının növbədənkənar yığıncağı keçirilir
# 31 mart 2009 12:25 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bu gün Azərbaycanın «Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilir. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətindən məlumat verilib.

Bankın səhmdarları ilk növbədə 2008-ci il üzrə maliyyə nəticələri və müvafiq hesabatları təsdiq edəcəklər. Eyni zamanda, iclasda «Kapital Bank» ASC-nin Müşahidə Şurası və Audit Komitəsinə yeni üzvlər seçiləcək. Xatırladaq ki, bu, 2007-2008-ci illər ərzində bankın kapitalında dövlət payının (100%) tam özəlləşdirilməsindən sonra keçirilən ikinci yığıncaqdır. Ötən ilin dekabrında keçirilən ilk yığıncaqda bankın yeni Əsasnaməsi və strukturu təsdiqlənib. Eyni zamanda, «Kapital Bank»ın Müşahidə Şurasının yeni sədri vəzifəsinə «Paşa Holding»in nümayəndəsi Vadim Şneyr seçilib.

Qeyd edək ki, 2008-ci ildə aktivlərini 577,6 mln manata çatdıran «Kapital Bank» Azərbaycanın ən iri banklarından biridir. SSRİ zamanı əmanət kassaları qismində fəaliyyət göstərən bu kredit institutu bir müddət Birləşmiş Universal Səhmdar Bankı brendi altında iləyib. «Kapital Bank» ATSC formasında üç dövlət səhmdar-kommersiya bankı – Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirməsi nəticəsində yaradılıb.

Bankın nizamnamə kapitalında səhmdarların payı aşağıdakı kimidir: «AtaHolding» - 35%, «Azersun Holding» - 15%, «Pasha Holding» - 15%, «Xalq Bank» - 20%, «Xalq Sığorta» - 7,5%, fiziki şəxslər - 5%, əmək kollektivi üzvləri və qanunvericiliklə onlara bərabər tutulan şəxslərin payı 2,5% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR