Aşağıdakı cədvəldə ölkədəki bankların nizamnamə kapitalının aktivlərə nisbəti (2009-cu il yanvarın 1-i vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Nizamnamə kapitalı / Aktivlər | |
1 | Kövsər Bank | 59,15 |
2 | Melli İran Bankı - Bakı | 50,49 |
3 | Paşa Bank | 50,44 |
4 | Bank Avrasiya | 44,28 |
5 | Günay Bank | 40,10 |
6 | Birlik Bank | 39,37 |
7 | Azərbaycan Kredit Bankı | 37,93 |
8 | United Credit Bank | 37,43 |
9 | Kredo Bank | 35,17 |
10 | Deka Bank | 35,07 |
11 | NBCBank | 34,12 |
12 | Gəncə Bank | 32,35 |
13 | Qafqaz İnkişaf Bankı | 30,92 |
14 | Atrabank | 29,63 |
15 | Debut Bank | 27,77 |
16 | Azər-Türk Bank | 21,84 |
17 | Əmrahbank | 20,55 |
18 | Turan Bank | 19,00 |
19 | Royal Bank | 16,59 |
20 | Azərbaycan Sənaye Bankı | 16,40 |
21 | Para Bank | 15,36 |
22 | Bank of Azerbaijan | 13,46 |
23 | Xalg Bank | 13,26 |
24 | Muğan Bank | 11,91 |
25 | Bank Standard | 10,43 |
26 | AccessBank | 10,06 |
27 | AtaBank | 9,81 |
28 | Rabitabank | 9,00 |
29 | YapıKredi Bank Azerbaijan | 8,35 |
30 | Zamin Bank | 8,26 |
31 | Nikoil Bank | 7,63 |
32 | AGBank | 7,10 |
33 | Texnikabank | 5,98 |
34 | Azerdemiryolbank | 5,96 |
35 | Bank Respublika | 5,82 |
36 | Azərbaycan Beynəlxalq Bankı | 4,34 |
37 | Kapital Bank | 4,16 |
38 | Bank of Baku | 3,70 |
39 | UniBank | 3,59 |
Cədvəldən göründüyü kimi, Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, sıralamada yalnız 39 bankın göstəriciləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və s. subyektiv səbəblərlə bağlıdır.
Cədvəldən göründüyü kimi, yalnız 12 bank təşkilatının («Əmrahbank», «Turanbank», «Royal Bank», «Azərbaycan Sənaye Bankı», «Parabank», «Bank of Azerbaijan», «Xalq Bank», «Muğan Bank», «Bank Standard», «AccessBank», «AtaBank» və «Rabitəbank») göstəriciləri (9,00 - 20,55) bu əmsalın normal hesab olunan həddinə nisbətən uyğundur. Daha 11 bank (sıra 29-39) üzrə nisbət normadan aşağı, qalan banklarda (sıra 1-16) isə kapitalın yetərliliyi əmsalı göstəriciləri normadan artıqdır.